Адрес
Телефоны компании
Интернет
Optimax
"Optimax MMC" evlərin, mənzillərin, villaların, binaların və s. kimi tikinti, təmir, mühəndislik və dizaynında yeni təşəbbüs və yanaşma təqdim edir. Bizə zənginiz və ya onlayn müraciətiniz yetər ki, tikinti mühəndislərimiz mülkünüzə baxış keçirsin, memarımız layihə tərtib etsin, dizaynerlərimiz sizə məxsus orijinal dizayn hazırlasın və peşəkar inşaatçılarımız layihəni həyata keçirsin. Optimax MMC xəyalınızın gerçəkləşməsinə vəsilə olacaqdır.
Biz fəaliyyətimizi 2007- ci ildə başladıq və sayılıb seçilənlər arasında olmağı məqsəd qoyduq. Layihəni həyata keçirərkən və bitirdikdən sonrası xidmətlərimizlə unikal yanaşmaya malik, innovativ texnologiyaların və yeniliklərin tədbiqinə xüsusi əhəmiyyət verən, əzmkarlıq və uzaqgörənliklə fəaliyyət göstərən heyətimizlə xidmətinizdəyik.
Sadəcə bizə bel bağlayın!